E-müraciət
Nazirliyin elektron müraciət xidməti
Qorxmaz 2020 mart 31
Salam. Mən hazırda müsabiqə əsasında təhsil sahəsində dövlət qulluğunda çalışıram və kiçik dövlət qulluqçusuyam. İxtisasca Tarix-Coğrafiya müəllimiyəm. Yanvar ayında DİM tərəfindən təşkil olunan müsabiqədə AC-3 sertifikatı almışam. Bilmək istərdim ki, əgər yaşadığım şəhərdə və ya başqa rayonlarda yerli gənclər və idman idarəsində müavin vakansiyası yaransa sənədlərimi qəbul edib məni müsahibədə iştirak etməyimə şərait yaradırsınız? Təşəkkür edirəm.
Salam,
Malik olduğunuz sertifikatla nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman (baş) idarələrində gənclər sahəsi üzrə rəis müavini vəzifələrinin tutulması üçün elan edilən müsahibələrdə iştirak edə bilərsiniz. Qeyd edirik ki, dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən həmin vəzifə üzrə iş stajına dair tələblər dövlət qulluğunda 3 il qulluq stajı və yaxud 4 il iş stajı təşkil edir. Ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin internet saytından (www.csc.gov.az) əldə edə bilərsiniz.
Aqil Əlizadə 2020 mart 19
Hörmətli Nazir ! Bildirirəm ki , mən Yap üzvüyəm,Sumqayıt Dövlət Texniki kollecini bitirmişəm . Hal hazırda Lənkəran Dövlət Universitetində İqtisadiyyat ixtisasında qiyabi formada Ali təhsil alıram . Hal hazırda işsizəm. Yardımlı rayon Gənclər və idman idarəsində işlə təmin olunmağıma köməklik etməyinizi xahiş edirəm.
Salam,
"Dövlət Qulluğu Haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifədə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Ətraflı: (www.csc.gov.az)
Səbuhi 2020 mart 16
Salam. Azərbaycan ərazisində fəaliyyət göstərən Gənclər-İdman məktəblərinndən Gənclər və İdman Nazirliyinin tabeliyində olanlar var? Güləş İdman məktəbləri ilə bağlı Azərbaycan Güləş Federasiyasına hər hansı səlahiyyət verilib?
Salam,
Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olanı 30 Uşaq-Gənclər İdman Məktəbləri fəaliyyət göstərir. Güləş Federasiyasına İdman məktəbləri ilə bağlı səlahiyyət verilmir.