Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2012 aprel 12
Ərazi: Hektar
Ünvan: Sülh döngəsi, 1
İndeks: AZ6200
Şəhər: Zaqatala
Telefon: (055) 544-66-13 (024) 225-53-01
Faks: -

Zaqatala Olimpiya İdman Kompleksi

Zaqatala şəhərində Olimpiya İdman Kompleksi 2006-cı il aprelin 12-də istifadəyə verilib. Kompleksin birinci korpusunda inzibati bina, ikinci korpusunda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da var. Kompleksin qarşısında 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadionun tikintilib istifadəyə verilib.

Gələcəkdə idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binasının və tennis kortlarının tikintisi də nəzərdə tutulur.