Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2009 dekabr 25
Ərazi: 3,25 Hektar
Ünvan: Şağan qəsəbəsi, Nüsrət.Məmmədov küçəsi, 1a
İndeks: -
Şəhər: Bakı
Telefon: (012) 459-69-21
Faks: -

Şağan Olimpiya İdman Kompleksi

Şağan Olimpiya İdman Kompleksi 2009-cu il dekabrın 25-də istifadəyə verilib. Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən kompleks 3,25 hektar ərazidə inşa edilib. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir. 


Kompleksin universal idman zalında (36.9x54.2 m) idmanın futbol, h
əndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək şərait var və bu zaldakı tribunada 630 oturacaq quraşdırılıb.


İdmanın gül
əş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda(36x36 m) isə 615 tamaşaçı yeri quraşdırılıb. Kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək də mümkündür. 


Binanın ikinci m
ərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir.
Qapalı üzgüçülük hovuzunun yerl
əşdiyi korpusda uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 132 oturacaq quraşdırılıb. Korpusun inzibati hissəsi ikimərtəbəlidir. İkinci mərtəbədə məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar vardır. 


Kompleksin
ərazisində inşa olunmuş ikimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standart və bir lüks otaq vardır. 


Açıq havada tennis kortları, mini futbol v
ə voleybol meydançaları yaradılıb.


Kompleksin
ərazisində 1132 tamaşaçı yeri olan süni örtüklü stadionda (105x68 m) idmançılar, məşqçilər və xidmət heyəti üçün hər cür şəraiti olan pavilyon vardır.