Salyan Olimpiya İdman Kompleksi
Salyan Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 7-də istifadəyə verilib.10 hektar ərazidə yerləşən və müasir tələblərə cavab verən idman kompleksində 2 min tamaşaçı yeri olan futbol stadionu, 264 yerlik mini futbol meydançası, tennis kortu, basketbol, voleybol meydançaları, üzgüçülük hovuzu, boks, güləş və əl oyunları salonları da vardır. Kompleksdə yüngül atletika, akrobatika və bədii gimnastika ilə də məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.
Ərazidəki üçmərtəbəli beşulduzlu mehmanxanada bar, restoran, inzibati mərkəz və böyük konfrans salonu yerləşir. Kompleksin ətrafında kotteclər də tikilmişdir.