Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2008 sentyabr 27
Ərazi: 14 Hektar
Ünvan: Aşağı Ləyər yolu
İndeks: AZ3800
Şəhər: Qusar
Telefon: (055) 772-03-77
Faks:

Qusar Olimpiya İdman Kompleksi

Qusar şəhərində Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 27-də istifadəyə verilib.


Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir və əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə bilər.


Üçmərtəbəli üç idman korpusu, daxili istirahət parkı və istirahət məkanı yerləşir.


1-ci korpusda boks (rinq v
ə hər cür şəraiti ilə), güləş, trenajor, aerobika və bilyard zalları fəaliyyət göstərir. 
2-ci korpusda
əl oyunları zalı (voleybol, həndbol, futzal, basketbol, doyuş və s. idman növlərinin yarış və məşqlərin keçirilməsi üçün hər cür şəraiti var, tamaşaçı tutumu 1531 nəfər) yerləşir. 


3-cü korpusda üzgüçülük hovuzu (ölçül
əri 25x15m, tamaşaçı tutumu 316 nəfər) fəaliyyət göstərir.


Kompleksin istirah
ət məkanında açıq tipli hovuz, 7 bağ çardağı, 40 ədəd 1 və 2 ailəli hər cür şəraiti olan koteclər yerləşir.