Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2007 may 30
Ərazi: 15,5 Hektar
Ünvan: Xanlıqlar kəndi
İndeks: AZ3500
Şəhər: Qazax
Telefon: (070) 295-54-00
Faks:

Qazax Olimpiya İdman Kompleksi

Qazax Olimpiya İdman Kompleksi 2007-ci il mayın 30-da istifadəyə verilib. Ümumi sahəsi 15,5 ha olan Kompleksin əsas binasında əl oyunları zalı (ölçüləri 61,5x46,5m, tamaşaçı tutumu 1010 nəfər, 2 qeyinib-soyunma, 2 həkim, 2 hakim otaqları, 2 duşxana, 2 sanitar qovşağı), gimnastika (ölçüləri 17,6x13,1x3,5m, tatami, gimnastika top və alətlər, 2 trenajor, 2 qeyinib-soyunma otağı, 2 duşxana, 2 sanitar qovşağı vardır), güləş (ölçüləri 17,6x13,1x3,5m, trenajor, ştanqa, qantel, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, 1 duşxana və 1 sanitariya qovçağı vardır), trenajor (ölçüləri 17,8x13,1x3,5m, 22 ədəd trenajor, 1 resepşin, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, duşxana və 1 sanitar qovşağı vardır) və boks zalları (ölçüləri 17,2x15,4x3,5m, 1 boks rinqi, 6 qruşa, trenajot alətlər, 1 məşqçi, 1 geyinib-soyunma otaqları, duşxana və sanitariya qovşağı vardır) yerləşir.


Bunlardan 
əlavə ərazidə üzgüçülük kompleksi (hovuzun ölçüləri 25x15x2,2m, tamaşaçı tutumu 160 nəfər, 1 resepşin, 3 məşqçi, 2 qeyinib-soyunma, 1 həkim otaqları, 2 duşxana, 2 xlor vannası, 2 sanitar qovşağı vardır), açıq tipli futbol (ölçüləri 50x25m, tamaşaçı tutumu 252 nəfər) və tennis kortu (ölçüləri 36x36m, tamaşaçı tutumu 96 nəfər) yerləşir.