Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2001 dekabr 29
Ərazi: Hektar
Ünvan: Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 5
İndeks: AZ-1039
Şəhər: Bakı
Telefon: (+99412) 551-04-51
Faks:

Maştağa Olimpiya İdman Kompleksi

Maştağa Olimpiya İdman Kompleksi istıfadəyə 2001-ci il dekabrın 29-da verilib. Bakının Sabunçu rayonu ərazisində yerləşən bu kompleks əsasən şəhərkənarı gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb.
Kompleks göz
əl memarlıq üslubunda inşa edilib. Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin ətrafında gözəl yaşıllıq zolağı salınıb. Həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var.
Hazırda Maştağa Olimpiya-İdman Kompleksind
ə cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.