Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2013 oktyabr 09
Ərazi: 6 Hektar
Ünvan: Fikrət Məmmədov, Sütəmurdov
İndeks: AZ4200
Şəhər: Lənkəran
Telefon: (025) 255-24-24 (051) 207-20-50
Faks:

Lənkəran Olimpiya İdman Kompleksi

Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinə 2013-cü ilin sonunda başlanılıb. Obyektin tikilialtı sahəsi 8307 m2, ümumi sahəsi 14500 m2, açıq idman meydançaların sahəsi 11688 m2, yaşıllıq-abadlıq sahəsi  20879 m2, asfalt-beton örtüyü 13380 m2-dir.

Əsas bina 5 blokdan ibarətdir: (ümumi sahəsi 11500 m2)

 

"A" bloku - Universal idman zalı
Universal idman zalının sahəsi 1535 m2 və tamaşaçı oturacağı yerlərinin sayı 1000 nəfər, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçilər üçün otaqlar, həkimlər üçün otaqlar, fiziki imkanları məhdud olan tamaşaçılar üçün tribuna,  tamaşaçılar üçün sanitar qovşaqlar, texniki otaqlar, fotofiniş otaqları, VİP otaqlar və digər köməkçi otaqlar.

 

"B" bloku - Ağır atletika, boks zalı və mehmanxana:
I mərtəbə: Sahəsi 204 m2 olan Boks zalı, sahəsi 156 m2 olan Ağır atletika zalı, sahəsi 243 m2 olan geniş foyedə restoran;
II mərtəbə: Mehmanxana otaqları  2 ədəd  2 otaqlı VİP otaqlar, 2 ədəd 2 nəfərlik standart otaq, 4 ədəd 3 nəfərlik standart otaq, 68 nəfərlik konfrans zalı, 24 nəfərlik iclas otağı,  sahəsi 232 m2 olan Trenajor zalı və sahəsi 50m2 olan aerobika zalı;
III mərətəbə: 11 ədəd 3 nəfərlik standart otaqlar.
Ümumilikdə mehmanxanada yataq yerlərin sayı  53 nəfər. 

 

"C" Bloku - Güləş zalı:
Sahəsi 300 m2 olan 2 döşəkli güləş zalı, 100 nəfərlik tribuna, 75 nəfərlik restoran-kafe və digər köməkçi otaqlar.

 

"D" - "E" blokları - Üzgüçülük hovuzu və inzibati hissə:
Üzgüçülük hovuzu zalı (hovuzun ölçüsü 25 x12 metr), tamaşaçı oturacağı yerlərinin sayı 126 nəfər, sahəsi 146 m2 olan  bilyard zalı, kiçik kafe, müdiriyyət və işçilər üçün otaqlar. 


Baş plana əsasən inşa edilən digər bina və qurğular:
Futbol stadionu (104x68 metr ölçüdə, süni ot örtüklü)  1000 nəfər tamaşaçı tribunası (tribuna altı soyunma-geyinmə otaqları ilə), qaçış zolağı, 2 ədəd süni ot örtüklü mini futbol meydançaları, basketbol-voleybol meydançası və yerüstü avtomobil dayanacağı mövcuddur.