Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2010 iyul 08
Ərazi: 5 Hektar
Ünvan: 28 May , ev 11
İndeks: AZ0800
Şəhər: Balakən
Telefon: (070) 744-55-66
Faks: Yoxdur

Balakən Olimpiya İdman Kompleksi

Balakən Olimpiya İdman Kompleksi 2010-cu il iyulun 8-də istifadəyə verilib. Ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.

Kompleksin ikimərtəbəli əsas binasında 680 nəfər tamaşaçı yeri olan idman zalı (46x32 m) yerləşir. Komplekdə həmçinin,  əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu (25x12,5 m)  “Ekostar” sistemli su qızdırıcıları ilə təchiz olunub. Burada, həmçinin həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da vardır. Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilib.

Kompleksin ərazisində 930 tamaşaçı yeri olan süni örtüklü stadion (105x68 m), mini-futbol, voleybol (20x24 m) və basketbol meydançaları (20x24 m), böyük tennis kortu var. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da vardır.

Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar vardır.

Kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 34 yataq yerli 6 kottec tikilib.

Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu vardır.