Ağdam Olimpiya İdman Kompleksi
Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksi 2008-ci il yanvarın 17-də istifadəyə verilib.
Üç hektar ərazisi olan kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman zalı (20x40 m), habelə kiçik idman salonu, trenajor zalı, məşq salonları inşa edilib. Kompleksin ərazisində beynəlxalq standartlara uyğun, 2 min yerlik tribunaları olan təbii ot örtüklü futbol stadionu (75x115 m), voleybol və basketbol meydançaları mövcuddur.
Ağdam Olimpiya İdman Kompleksinin ərazisində10 otaqlı, 30 yataq yeri olan mehmanxana da vardır.