Növ: İdman Qurğusu
Əlaqəli şəxs: Babək Həmidov
Şəxsin vəzifəsi: Director
E-mail: stadium@mail.ru
İndeks: AZ1072
Şəhər: Bakı
Telefon:

T.Bəhramov adına Respublika Stadionu

Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci il sentyabrın 16-da istifadəyə verilib. 
Arenanın ümumi sahəsi 20 hektardır. Stadionun əsas futbol meydançasının ölçüləri 105x72 metrdir. Meydançanın ətrafında salınmış 8 zolaqdan ibarət atletika cığırının uzunluğu 400 metrdir.  Stadionda bir neçə köməkçi zallar da mövcuddur. Buraya eni 25, uzunluğu 50 metr olan güləş zalı, eləcə də boks zalı (25 m x 10 m), 2 ayrı futzal zalı, 1 açıq havada mini-futbol meydançası daxildir.
2012-ci il avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilib. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb.
İlk vaxtlar İ.Stalinin və V.İ.Leninin adını daşımış stadiona 1993-cü ildən dünyaca məşhur futbol hakimi Tofiq Bəhramovun adı verilib.