Paralimpiya İdman Kompleksi
Gənclər və İdman Nazirliyinin tabeliyində deyil.
Paralimpiya İdman Kompleksi 2008-ci il avqustun 28-də istifadəyə verilib. Sumqayıt şəhərində yerləşən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb. Kompleksin qapalı hovuzunun uzunluğu 25, eni 10 metrdir.
Əsas idman salonu cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulub və burada quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə bilər. Kompleksin atıcılıq tirləri də var. 25x12 metr və 10x12 metr ölçülü tirlərdə beynəlxalq yarışlara hazırlaşan idmançıların məşq keçmələri üçün bütün şərait yaradılıb. Tirlərin hər birində eyni vaxtda 8 atıcı məşq edə bilər. Kompleks Azərbaycanın üçüncü ən böyük şəhəri olan Sumqayıtda yerləşir.