Sabirabad Gənclər Evi
Sabirabad rayon Gənclər Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ümumi sahəsi 2851,1 kv.m olan mərkəz 2 mərtəbə və 1 zirzəmidən ibarətdir. Zirzəmidə bilyard vo tennis sahibkar tərəfindən təşkil olunub və fəaliyyət göstərir.
Birinci mərtəbədə isə bir otaq KOB Dostunun (Kiçik va Orta Biznesin inkişafı üzrə dövlət agentliyi), bir otaq KOB təlim və inkişaf mərkəzinin icarəsindədir. Bir konfrans zalı (120 yerlik) ümumi istifadədədir. 3 otaq isə Sabirabad rayon gənclər mərkəzinin (ödəniş olunmadan) icarəsindədir.
İkinci mərtəbə "Sabirabad Təhsil Mərkəzi" MMC-nin tam icarəsindədir. İkinci mərtəbədə 6 otaq, bir teras, bir mətbəxdən ibarətdir. Mərkəz Sabirabad şəhəri H.Əliyev pr. 95 ünvanında yerləşir.
Mərkəz 2008-ci ildən 2017-ci ilə qədər Sabirabad rayon Gənclər və İdman İdarəsinin tam istafədəsində fəaliyyət göstərmişdir. Hal hazırda bu imkanlar məhdud olduğundan müxtəlif tədbirləri mərkəzdən kənarda olan digər dövlət əhəmiyyətli obyektlərdə hayata keçiririk.