Xəbərlər
Dərc edilib:26.09.2023 17:00
Baxışlar:92

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumuna start verilib

Sentyabrın 26-da Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumuna start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilən tədbir "Heydər Əliyev və Türk dünyası” mövzusuna həsr olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Yerzhan Mukashın, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, mədəniyyət nazirinin müavini Səadət Yusifova  və digər rəsmi şəxslər iştirak ediblər.

Türk dövlətləri başçılarının görüşlərini və çıxışlarını özündə əks etdirən film nümayiş olunduqdan sonra çıxışlara başlanılıb.

Sabah başa çatacaq Forumda yekun bəyanat qəbul olunacaq.