
Xəbərlər
Dərc edilib:26.09.2023 18:46
Baxışlar:119
Azərbaycan paracüdoçusu Bakıda keçirilən Qran-Pridə bürünc medal qazanıb
Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Bakıda keçirilən IBSA Qran-Prisində uğurlu nəticəyə imza atıb.
48 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa sentyabrın 27-də yekun vurulacaq.