Xəbərlər
Dərc edilib:09.06.2023 09:00
Baxışlar:164

XXXI Ümumdünya Yay Universiadasına 50 gün qaldı!

İyulun 28-dən avqustun 8-dək Çinin Çenqdu şəhərində keçiriləcək yarışın rəsmi gerisayımına bu gün start verilib.

Qeyd edək ki, Azərbaycan bu yarışlarda əvvəlki illərlə müqayisədə rekord sayda – 103 idmançı ilə təmsil olunacaq. İdmançılarımız Universiadada kamandan oxatma, basketbol, atıcılıq, cüdo, tennis, bədii gimnastika, uşu, taekvondo, voleybol, badminton, stolüstü tennis, idman gimnastikası, atletika, üzgüçülük, qılıncoynatma və akademik avarçəkmə idman növlərində yarışacaqlar.