
“Tələbələrin Liderlik Məktəbi” düşərgəsi keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ali və orta təhsil müəssisələrinin l-ll kurslarında təhsil alan tələbələrin iştirakı ilə Tərtər Olimpiya İdman Kompleksində “Tələbələrin Liderlik Məktəbi” düşərgəsi keçirilib.
Düşərgənin proqramına uyğun olaraq “Karyera quruculuğu”, “Layihələrlə iş”, “Beynəlxalq təmsilçilik”, “Təşkilati idarəetmə” və digər mövzularda təlimlər, qrup işləri təşkil edilib.
Düşərgənin əsas məqsədi tələbə-gənclər təşkilatlarının fəaliyyətinə yeni gənclərin cəlb edilməsini təmin etmək və onların gənc lider kimi formalaşmaları üçün bacarıqlarının inkişaf etdirilməsidir.