
Xəbərlər
Dərc edilib:08.06.2023 11:32
Baxışlar:149
“Tələbə Gənclər Təşkilatlarının Liderlik Düşərgəsi” keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “Tələbə Gənclər Təşkilatlarının Liderlik Düşərgəsi” keçirilib.
Proqrama uyğun olaraq, müxtəlif mövzularda təlimlər, müzakirələr intellektual və idman oyunları keçirilib, həmçinin Ağcabədi şəhərinin gəzməli-görməli yerilərinə ekskursiyalar təşkil olunub.
Düşərgədə gənclər və idman nazirinin müavini İndira Hacıyeva qonaq qismində iştirak edib.