
Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib
İyunun 7-də gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib. Milli Gimnastika Arenasında keçirilən görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.
Sonra gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, "Goal+" layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin, III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına hazırlıq məsələləri, ölkəmizdə keçiriləcək atıcılıq idman növü üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.