Xəbərlər
Dərc edilib:23.03.2023 19:47
Baxışlar:127

Azərbaycan “Youth Leadership Summit & Award” tədbirində təmsil olunub

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı və “Enactus Azərbaycan”ın proqram direktoru Rəşad Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Youth Leadership Summit & Award” adlı tədbirdə iştirak edib.

O, “Sustainable Entrepreneurship” mövzusunda spiker qismində çıxış edərək, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gənclər üçün yaradılan imkanlardan, ”Enactus” proqramının fəaliyyəti və sosial sahibkarlıq üzrə həyata keçirilən layihələr barədə geniş məlumat verib. Sammit çərçivəsində müxtəlif mövzularda panel görüşləri və müzakirələr təşkil edilib.