
Xəbərlər
Dərc edilib:21.03.2023 20:17
Baxışlar:100
Stolüstü tennis üzrə komandamızın daha bir üzvü mükafatçılar sırasına düşüb
Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatına layiq görülüb. Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyən Nurmətova 1/8 finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Çin Taypeyi idmançısına uduzaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, seçmə komandamızın digər üzvü Yağmur Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.
Sabah Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komandamız mübarizəyə qatılacaq.