Xəbərlər
Dərc edilib:21.03.2023 10:52
Baxışlar:138

Sərbəst güləş üzrə milli komandamız Vətənə qayıdıb

U-23 Avropa çempionatında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq həm medalların əyarına, həm də toplanan xallara görə komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə milli komandamız Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Gənclər və İdman Naziliyinin, Azərbaycan Güləş Füderasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.