
Xəbərlər
Dərc edilib:24.01.2023 09:00
Baxışlar:175
İdmançılarımız xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər
Azərbaycan Qış İdmanı Federasiyası tərəfindən ölkəmizdə qış idman növlərinin inkişafı, yerli idmançıların yetişdirilməsi istiqamətində işlər davam etdirilir. Yerli idmançılarımız beynəlxalq yarış təcrübəsi toplamaq məqsədilə Andorra Knyazlığında xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.
Gənc idmançılarımız Nəsir Fərhadov, Elbrus Əzizov və Nəzrin Qəribova ilk dəfə qatıldıqları beynəlxalq yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər. Həmçinin Ramin Beybutov və Şəbnəm Mirzəyeva Dünya Kuboku çərçivəsində yeni idmançılar üçün nəzərdə tutulan açıq yürüşdə iştirak edərək təcrübələrini artırıblar.