Xəbərlər
Dərc edilib:14.01.2023 15:00
Baxışlar:873

Gənclər və idman naziri Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib

Yanvarın 14-də gənclər və idman naziri Fərid Qayıbov Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib. Qəbuldan öncə Şamaxı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.