Xəbərlər
Dərc edilib:02.12.2022 12:01
Baxışlar:168

Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

Gənclərin peşə seçimi imkanlarının genişləndirilməsinə və əmək bazarında onların peşə profillərinə uyğun yer tutmalarına dəstək olmaq məqsədilə dekabrın 1-də Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və gənclər və idman nazirinin müavini İndira Hacıyeva imzalayıblar.

Memoranduma əsasən, gənclərin peşə seçimində düzgün qərar qəbul edə bilmələri üçün onların bilik, bacarıq, motivasiya və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi məqsədilə “Gənclər evi” sosial xidmət müəssisələrində gənclər arasında “Peşə seçimi məqsədilə psixoloji diaqnostika” keçiriləcək.