Xəbərlər
Dərc edilib:01.12.2022 15:21
Baxışlar:206

Qubada Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib

Quba rayonda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Yarışda Quba rayonunun müxtəlif təhsil müəssisələrində təhsil alan məktəblilərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda “Dəmir Yumruq” komandası birinci, “Carpe Diem” komandası ikinci, “Alekseyevka” biliciləri isə üçüncü yeri tutub.