
Xəbərlər
Dərc edilib:05.08.2022 09:31
Baxışlar:328
Paralimpiyaçılarımız “Intercontinental Challenger” turnirində uğurla çıxış ediblər
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Xəyal İslamov (BC4) qızıl, Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin bürünc medalını qazanıblar.
Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.