Xəbərlər
Dərc edilib:25.06.2022 13:45
Baxışlar:1124

Fərid Qayıbov Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov iyunun 25-də Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib. 

Qəbuldan öncə Gədəbəy şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbulda nazir müavini Mariana Vasileva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.