Xəbərlər
Dərc edilib:23.06.2022 15:59
Baxışlar:101

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirləri Daimi Şurasının iclası keçirilib

İyunun 23-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib.

İclasın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, qonaqları salamlayıb. Nazir bildirib ki, İslam Əməkdaşlıq Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının ilk sessiyası İƏT regionunda gənclər və idman problemlərinin həlli üçün institusional zəmin yaradıb.

Tədbirin gündəliyinə əsasən, bir sıra təqdimatlar olub və müzakirələr aparılıb. İclasda həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun həyata keçirdiyi və layihələrin hesabatı təqdim olunub.

 
Daimi Nazirlər Şurası İƏT Baş Katibliyi, İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Gənclər Forumu ilə birlikdə İƏT Üçlüyü (Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı), Fələstin, İran, Seneqal, İraqdan ibarətdir.