Xəbərlər
Dərc edilib:23.06.2022 17:53
Baxışlar:96

Gənclər və idman naziri iranlı həmkarı ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində iyunun 23-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı Həmid Səccadi ilə görüşüb. 

İran İslam Respublikasının idman və gənclər naziri tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər.

Səmimi sözlərə görə iranlı həmkarına təşəkkür edən gənclər və idman naziri təkliflər barədə eyni fikirdə olduğunu bildirib və bu günlərdə Xəzər dənizində, açıq suda üzmə yarışının təşkil ediləcəyini bildirib. Son vaxtlar ölkəmizdə reallaşdırılan idman yarışları barədə məlumat verən Fərid Qayıbov, birgə təlim-məşqlər və yarışların təşkilinin mümkünlüyünü qeyd edib. 

Nazir görüşdə qeyd edilən təkliflərin dəyərləndiriləcəyini də bildirib.