Xəbərlər
Dərc edilib:06.05.2022 19:00
Baxışlar:1757

Nazir Fərid Qayıbov Ağcabədi şəhərində vətəndaşları qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov mayın 6-da Ağcabədi şəhərində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul edib. 

Qəbuldan öncə Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.