Xəbərlər
Dərc edilib:11.01.2022 15:00
Baxışlar:3791

ELAN

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi işə qəbul elan edir:

 

Gənclər və İdman Nazirliyi aşağıda adları qeyd edilənGəncləevisosial xidməmüəssisəsinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:

 

 1. Binəqədi “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru

 2. Goranboy “Gənclər evi” sosial -xidmət müəssisəsinin direktoru

 3. Füzuli “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru

 4. Astara “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru

 5. Siyəzən “Gənclər evi” sosial -xidmət müəssisəsinin direktoru

 6. Tərtər “Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru

 

 

“Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

 

- ali təhsil;

 

- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;

 

- yaş həddi 35-dək;

 

- minimum 1 xarici dil bilmək.

 

Təqdim ediləcək sənədlər:

 

- CV foto ilə (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsinin surəti;

- ali təhsil haqqında diplomun surəti;

 

Sənədlər 12 yanvar 2022-ci il tarixindən elektron formada Gənclər və İdman Nazirliyinin elan@mys.gov.az ünvanına göndərilməlidir.

 

Hər bir müraciət edən şəxsə onun müraciətinin qeydə alınmasına dair elektron poçt ünvanına bildiriş göndərilir. 

 

Müraciət üçün son tarix: 25 yanvar 2022-ci il

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

 

Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4