Xəbərlər
Dərc edilib:22.07.2021 17:00
Baxışlar:111

"İdmanda sağlam qidalanma" mövzusunda onlayn seminar keçirildi

İyulun 20-si Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Bakı Dövlət Universitetinin Nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə "İdmanda sağlam qidalanma" mövzusunda onlayn seminar keçirildi.
Qida məsləhətçisi Türkanə Babayeva seminarda asan yolla arıqlama yollarının zərərlərindən, sağlam yaşamaq üçün qida və maye ehtiyacının planlı qəbulundan bəhs etdi. Vurğuladı ki, idmanla məşğul olmaq insanın həyati keyfiyyətlərinin yüksəlməsinə, özünə inam və işinin məhsuldarlığının artmasına təkan verir.
Sonda könüllüləri maraqlandıran suallar cavablandırıldı.