Xəbərlər
Dərc edilib:22.07.2021 15:00
Baxışlar:120

Sumqayıtda “44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bayraqdar” Milli intellektual oyunu keçirildi

22 iyul 2021-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş gənclər təşkilatları arasında “Bayraqdar” Milli intellektual oyunu keçirilib.

İntellektual oyunun keçirilməsində məqsəd 44 günlük şanlı vətən müharibəsinin təbliği, vətən uğrunda canından keçmiş şəhidlərimizin unudulmaması, vətənpərvərlik hisslərinin yüksəldilməsi, gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili və dünya görüşünün  artırılmasıdır. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət 5 komanda iştirak etmişdir.

Gərgin və maraqlı keçən yarışmanın sonunda I yeri Sumqayıt regional “ASAN xidmət” mərkəzinin, II yeri Sumqayıt Könüllü Cəmiyyətinin, III yeri isə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının komandaları tutmuşdur.

Qalib komandalar Baş İdarənin, Sumqayıt Gənclərinin İnkişaf və Karyera Mərkəzinin kubok,  sertifikat və medalları ilə təltif edilmişdir.