Xəbərlər
Dərc edilib:30.07.2020 14:20
Baxışlar:134

"Vətənpərvərlik milli-mənəvi dəyərimizdir"

Başlıqlı online  konfrans 30.07.2020-ci il tarixdə Şəki Şəhər Gənclər və İdman idarəsi tərəfindən keçirilib. Konfransıda  Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı, Qarabağ Müharibəsi iştirakçısı Anar Məmmədov, Təhsil şöbəsinin metodisti Abdurrahman Məmmədov, fəal gənc Röyal Mürsəlov

çıxış edərək bildirdilər ki,12 iyuldan başlayaraq düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən alınmış, xalqımız ordumuza dəstək nümayiş etdirmiş, Şəki gəncləri də bu aksiyalardan geri qalmamışlar. Çıxışçılar  mübarizənin yalnız səngərdə getmədiyini, həmçinin, sosial şəbəkələrdə də düşmənlə mübarizənin vacibliyini diqqətə çatdırdılar.

Çıxış edənlər Şəkidə gənclərin vətənpərvərlik ruhda tərbiyə olunmaları ilə bağlı görülən işlər barədə məlumat verdilər, 
 şəkili gənclərdə böyük ruh yüksəkliyi olduğu, çox sayda gənclərin könüllü surətdə müharibədə iştirak etmək üçün qeydiyyata alındığını bildirdilər.