Xəbərlər
Dərc edilib:30.07.2020 12:20
Baxışlar:94

Gəncədə maarifləndirici tədbir keçirildi

30 iyul 2020-ci il tarixində  "Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” şüarı altında maarifləndirici təbliğat kampaniyası çərçivəsində təşkil olunmuş videoaksiya keçirildi. 

Kampaniyaya Gəncə Tibb Kollecinin fəal gəncləri qoşularaq sakinləri koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində qoyulan qadağa və tələblərə əməl etməyə çağırıblar.

Videoaksiyada 9 nəfər gənc iştirak edib.

https://www.facebook.com/watch/?v=296467731572339