Xəbərlər
Dərc edilib:02.07.2020 11:55
Baxışlar:198

Siyəzəndə “Əngəl sərhəd tanımaz!” adlı virtual fotosərgi təşkil olunub

Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyulun 2-də əlil və fiziki məhdudiyyətli gənclərin təsviri sənət əsərləri və əl işlərindən ibarət “Əngəl sərhəd tanımaz!” adlı virtual fotosərgi təşkil olunub. İyun ayının sonlarında Gənclər Mərkəzində təşkil edilməsi planlaşdırılan sərginin mövcud vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb. Belə ki, sərgiyə təqdim olunmuş əl işləri Gənclər və İdman İdarəsinin sosial şəbəkələrdəki media hesabları vasitəsilə nümayiş etdirilib. Sərginin təşilində əsas məqsəd fiziki məhdudiyyətli gənclərə mənəvi dəstək olmaq, onların ictimai-mədəni həyatda iştirakını təmin etmək, əlilliyi olan istedadlı insanların bacarıqlarını cəmiyyətə nümayiş etdirmək,  onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə köməklik göstərmək və yaradıcılıqlarını inkişaf etdirmək üçün stimul verməkdir.