Xəbərlər
Dərc edilib:28.06.2020 10:10
Baxışlar:68

“Güclü dövlətimiz, güclü ordumuz”

18-25 iyun 2020-ci  il tarixlərdə Astara  rayon  Gənclər və İdman İdarəsi, Astara  Dövlət Rəsm Qalareyasının  birgə təşkilatçılğı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş “Güclü dövlətimiz,güclü ordumuz” devizi ilə yeniyetmə və gənclər arasında onlayn formada rəsm üzrə Astara  rayon  müsabiqəsi keçirilib.

Astara Dövlət Rəsm Qalareyasında təhsil alan və rayonun ümumtəhsil məktəblərini təmsil edən 16 nəfər istedadlı gənc rəssamların əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.  I yerə Babazadə Fatimə (Astara şəhər 6 saylı tam orta məktəbi, X sinif ), II yerə Fərziyeva Elvira (Səncərədi kənd tam orta məktəb, VII sinif) və III yerə Hüseynzadə Ruhanə (Astara şəhər 5 saylı tam orta məktəb, VII sinif) görülüblər.

Fərqləndirici yerləri Nəhmətova Gülbaci (Astara şəhər 6 saylı tam orta məktəbi, VIII sinif ),Nəbiyeva Səidə ( Alaşa kənd tam orta məktəbi, X sinif  ) və Mirzəyev Ağamirzə (  Astara şəhər 5 saylı tam orta məktəb, VII sinif )qazanıblar .

    Fəxri yerləri qazanan və fərqlənən gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər