Xəbərlər
Dərc edilib:22.05.2020 17:50
Baxışlar:112

"28 may Respublika günü"nə həsr olunmuş "Virtual GəncLİK" Digital Forum keçiriləcək

28 may, 2020-ci il tarixində  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə "28 may Respublika günü"nə həsr olunmuş "Virtual GəncLİK" Digital Forumhəyata keçiriləcək! 

“Virtual GəncLİK" Digital Forumun Məqsədi:

- Yeni koronavirusun dünyada sürətlə yayıldığı və Azərbaycan hökumətinin öz həmvətənlərinin yoluxmasının qarşısını almaq gördüyü tədbirlər zamanı, Binəqədi Gənclər Evi də  onlayn formatda gənclərin inkişafına töhvə vermək;

- ­Müasir Azərbaycan Gəncinin “28 may  Respublika” tarixi ilə gəncləri yaxından tanış etmək ;

- Gənclərin  milli maraqlara, milli-mənəvi dəyərlərə olan bağlılığını artırmaq, vətənpərvərlik və dövlətçilik ənənələrini formalaşdırmaq;

- Gənclər sektorunun nümayəndilərinin gənclər ilə görüşünün onlayn  keçirilməsi;

­-Gənclərə müasir dövrümüzlə əlaqədar zəruri bilik və bacarıqlar ötürmək, onları inkişaf etdirmək və həmçinin asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək.

Qeyd edək ki, post pandemiya dövrünü nəzərə alaraq “Virtual GəncLİK”  Digital Forumu onlayn şəkildə İnstagram, Zoom və Whatsapp Messenger proqramları vasitəsilə saat 09:00-21:00-da  keçiriləcək.

Forumda ümumilikdə 7 müxtəlif fəaliyyət əks olunacaq.

" Virtual GəncLİK" Digital ForumunProqramı:

- Yoga saatı
- Bacarıqlarını paylas
̧  
- Xəmsə Milli I
̇ntellektual Oyunu
- Konfrans
- Canlı Musiqi
- S
̧ahmat yarışı
- Mu
̈sabiqə və Viktorina

“Virtual GəncLİK”  Digital Forumunda iştirak etmək üçün “Whatsapp Messenger” qrupuna daxil olun:

https://chat.whatsapp.com/KP7mwdttSDk6xxqpIYCjG3

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://www.facebook.com/events/293919748302879/?notif_t=plan_user_joined¬if_id=1589917652307558

Bizimlə əlaqə: (012) 561 92 02,(055) 423 92 02;

Facebook:Binəqədi Gənclər Evi/Binagadi Youth House

Instagram: binagadi.ge