Tarix: 16.11.2023 16:49
Mənbə:
Baxışlar: 406

ELAN

Gənclər və İdman Nazirliyi aşağıda adı qeyd edilən Tibbi-Bədən Tərbiyəsi Dispanserlərinin həkim, orta tibb işçisi və rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:

Bakı şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanseri
1. Həkim-travmatoloq 
2. Həkim-terapevt 
3. MBT həkimi (idman həkimi)
4. Həkim-pediatr
5. Həkim-kardioloq

6. Feldşer-laborant
7. Mühasib

 

Gəncə şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanseri

1. Həkim-laborant

2. Həkim Lor

3. MBT həkimi (idman həkimi)

4. Həkim-travmatoloq 

5. Həkim-rentgen

6. Həkim-nevropatoloq

7. Mühasib

 

Lənkəran şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanseri

1. Həkim-stomatoloq 

2. Həkim-terapevt

3. Həkim-nevropatoloq

4. Həkim-kardioloq

 

Şəki şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanseri

1.Baş həkim.

2. Həkim-terapevt

3. Baş tibb bacısı

 

Sumqayıt şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanseri

1. Həkim-travmatoloq

2. Həkim-oftalmoloq 

 

Qeyd edilən vakansiyalar üzrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali tibb təhsili, həkimlərə şamil olunur (Rezidentura təhsili);

- Minimum iş stajı: 2 il;

- Yaş həddi: 50 yaşadək;

- Kollektivlə işləmək bacarığı;

- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;

- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

- Xarici dil bilikləri arzuolunandır;

- Sertifikasiya üzrə şəhadətnamənin mövcudluğu;

- MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı.

Təqdim ediləcək sənədlər:

- CV forması doldurulmalıdır (CV Azərbaycan dilində tərtib edilməlidir)

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali tibb təhsili haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq. CV forması azer.mammadov@mys.gov.az elektron ünvanına göndərilməlidir.Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Musahibə nəticələrinə uyğun olaraq, yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.