Tarix: 23.01.2023 10:00
Mənbə:
Baxışlar: 278

ELAN

📢Gənclər və İdman Nazirliyi işə qəbul elan edir.

Aşağıda adı qeyd edilən təsərrüfat hesablı idman obyektlərinin direktor vəzifəsinə sənəd qəbulu elan edilir:
- Salyan Olimpiya İdman Kompleksi;
- Maştağa Olimpiya İdman Kompleksi.
Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Ali təhsil;
- Minimum iş stajı - 5 il;
- Yaş həddi - 55 yaşadək.

Təqdim ediləcək sənədlər:
- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.  

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.  

Sənədlər elan@mys.gov.az elektron poçt ünvanına göndərilməlidir. 
Müraciət üçün son tarix: 31 yanvar 2023-cü il, saat 12:00-dək
Əlavə məlumat üçün telefon: (012) 465-65-72