Tarix: 22.09.2022 16:52
Mənbə:
Baxışlar: 230

ELAN

Sumqayıt Şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanserinin rəhbər vəzifəsinə sənəd qəbulu elan edilir.

Qeyd edilən vakansiya üzrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali tibb təhsili;
- Minimum iş stajı: 5 il (rəhbər işində olanlara üstünlük verilir);
- Yaş həddi: 45 yaşadək;
- Kollektivlə işləmək bacarığı;
- Tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük verilir.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali tibb təhsili haqqında diplomun surəti;

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Musahibə nəticələrinə uyğun olaraq, yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək. 

Sənədlər elan@mys.gov.az elektron poçt ünvanına göndərilməlidir. 

Müraciət üçün son tarix: 30 sentyabr 2022-ci il saat 12:00-dək.

Əlavə məlumat üçün telefon: (012) 465-65-72.