Tarix: 08.08.2022 16:01
Mənbə:
Baxışlar: 899

ELAN

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aşağıda adı qeyd edilən təsərrüfat hesablı obyektin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir:

“Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC-nin direktoru (Daşkəsən rayonu)

Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil;
- Gənclər sahəsində minimum iş stajı 2 il;
- Yaş həddi 45 yaşadək.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.  

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və gənclərlə iş sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.  

Sənədlər 8 avqust 2022-ci il tarixindən etibarən elan@mys.gov.az elektron poçt ünvanına göndərilməlidir. 

Müraciət üçün son tarix: 15 avqust 2022-ci il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72