Tarix: 23.09.2020 14:36
Mənbə:
Baxışlar: 368

Güləş zalı təmirdən sonra istifadəyə verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tam əsaslı təmirdən sonra güləş zalı istifadəyə verildi. 

 

Zalın açılışında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev,  Akademiyanın rektoru Fuad Hacıyev iştirak etdilər.

 

Ümumi sahəsi 402 m2 olan güləş zalı məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi müasir avadanlıqlarla təchiz olunub.

 

Güləş zalı tələbələrin sevimlisi, uzun illər Akademiyada fəaliyyət göstərən professor Xanlar Qurbanovun əziz xatirəsinə həsr olunub. Bununla yanaşı, zalda mərhumun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.

 

Qeyd edək ki, Xanlar Qurbanov beynəlxalq dərəcəli hakim, SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti idi.

X.Qurbanovun xidmətləri dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Ölkə Prezidentinin müxtəlif sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb. Pedaqoji elmlər namizədi idi.