Tarix: 23.07.2020 11:15
Mənbə:
Baxışlar: 98

Ağdamın işğalının 27 -ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən 23 iyul Azərbaycan Respublikasının Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27 - ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlanıldı.

Aksiya çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), Youtub kanalında (www.youtube.com/virtualkarabakhtv ) və rəsmi feysbuk səhfəsində

(www.facebook.com/virtualkarabakh/) Ağdam rayonu və onun işğalın acı nəticələri ilə bağlı təqdim olunan məlumatların, infoqrafikaların, filmlərin, digər foto və video materialların gənclərin aktiv iştirakı ilə müxtəlif sosial şəbəkələrdə paylaşılması həyata keçiriləcək.

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış “Aghdam - virtual visit / Ağdam - virtual səyahət”  3 D qrafik təsvirli film:

 

Aghdam - virtual visit / Ağdam - virtual səyahət