Tarix: 05.03.2020 16:13
Mənbə:
Baxışlar: 1352

Naxçıvanda idman bayramı

Bu gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Naxçıvan şəhərində təntənəli şəkildə qeyd olunub.

 

 Gənclər və İdman naziri Azad Rəhimov,  Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə və ümumilikdə,  120-yə yaxın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına  yola düşüb.

 

Qonaqlar ümummilli lider  Heydər Əliyevin abidəsi önünə  gül dəstəsi qoyduqdan sonra, Heydər Əliyevin xatirə muzeyini  ziyarət ediblər.

 

Tədbir Naxçıvan Saat Meydanında davam edib. Ilk olaraq rəsmilər idman veteranları ilə görüşüb, onlara hədiyyələr veriblər. Daha sonra Naxçıvan şəhər Saat Meydanında quraşdırılmış muxtar respublikada fəaliyyət göstərən idman  federasiyalarının  stendləri ilə tanışlıq olub. Federasiya rəsmiləri yeniliklər, qazanılan uğurlar  haqqında   məlumat verdikdən sonra, yerli idmançılar öz məharətlərini qısa proqramlar vasitəsilə nümayiş etdiriblər.

 

Bundan sonra Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov və Milli Olimpiya Komitəsinin vitse prezidenti  Çingiz Hüseynzadə  çıxış edib bildirdilər ki, 25 il əvvəl bu gündə ulu öndər Heydər Əliyev ilk dəfə idman xadimlərini bir araya toplayıb. Bundan sonra cənab İlham Əliyev bu tarixi Sərəncamla rəsmiləşdirdi. Rəsmilər bildirdilər ki, Naxçıvan kimi ulu torpaqda bu bayramı bu gün birgə qeyd etmək  ən böyük sevincdir.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında 11346 medal qazanıblar. Bunlardan 4081 qızıl, 3254 gümüş, 4008 bürünc medal olub. Sonda 10-a yaxın idman mütəxəssisi fəxri adlar və diplomlarla mükafatlandırıldılar. 

Tədbir konsert proqramı ilə davam edib. 

 

https://www.youtube.com/watch?v=Hd2ZmeLxFw8