Gənclər və İdman naziri Azad Rəhimovun çıxışı

Hörmətli cənab Əmriyev,

 

Əziz gənclər,

 

İlk öncə ilk Baş Assambleyanın iştirakçılarını səmimi qəlbdən salamlayır və hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkürümü bildirirəm.

Sevindirici haldır ki, Türk Şurası Gənclər Plaformasının ilk Baş Assambleyası məhz Bakıda keçirilir. Bu tarixi bir hadisədir. Bu hadisə ölkələrimiz arasında mövcud olan əməkdaşlığa yeni bir səhifə açır. Əminəm ki, birgə səylərimiz nəticəsində platforma çərçivəsində əməkdaşlığmız faydalı olacaq və gənclərin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir.

Bildiyiniz kimi, Baş Assambleya Türk Şurası Zirvə Toplantısı ərəfəsində öncəsi keçirilir. Zirvə öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib fikir mübadiləsi aparır, əməkdaşlıq üçün yeni yollar axatarırlar. Əminəm ki, bu bir ənənə halına keçəcək və davamlı olacaqdır. 

 

Dövlətimizin başçısı möhtərəm Prezident İlham Əliyev xüsusi vurğuladığı kimi, “Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meylləri gücləndirməliyik”. 

Bizim hamımızı birləşdirən bir sıra dəyərlər var. Bu bizim soy kökümüz, ortak mədəniyyətimiz və tariximizdir. Hazırda dünyada baş verən hadisələr dünyanın yeni bir mərhələyə keçdiyini deməyə əsas verir. Hadisələrin gedişi və bu tarixi an bizdən daha da sürətli inteqrasiyanı tələb edir. Türk Şurası hamımız üçün yaxşı bir fürsət və alternativiz bir platformadır. Əminəm ki, Gənclər və İdman Nazirlərinin toplantılarında verdiyimiz qərarlar xalqlarımız arasında əsrlər boyu mövcud olmuş sıx əlaqələrin daha da möhkəmlənməsinə sürətli təkan verəcəkdir.

Qeyd edim ki, bu günədək İstanbul (2016), Bakı (2017) və Astanada (2018) Gənclər və İdman Nazirlərinin 3 toplantısı keçirilib. Daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Türk Şurası çərçivəsində 2015-ci ilin fevralından gənclər və idman sahəsində əməkdaşlığa başlanılmışdır. Bu müddət ərzində bizlər bir yerdə böyük yol keçmişik. Görülmüş işlərə baxdıqda əməkdaşlığın düzgün istiqamətdə getdiyini əminliklə deyə bilərik. Bizim əməkdaşalığımız genişlənir.

 

Azərbaycan bu dövr ərzində Gəncədə Türk Şurası Gənclər Festivalını (2016), Bakıda Gənclər və İdman Nazirlərinin ikinci toplantısını (2017), Naxçıvanda Türk Şurası Gənc Liderlər Forumunu (2018) təşkil etmişdir. Eyni zamanda Türkiyə, Qazaxıstan və Qırğızıstanda keçirilmiş forum, festival və düşərgələrdə Azərbaycan gənclərinin iştrakı təmin edilmişdir.   

Qeyd edim ki, idman sahəsində də əməkdaşlığımız genişlənib. Qırğız Respublikasında keçirilmiş Dünya Köçəri Oyunlarında Azərbaycan daimi olaraq geniş heyətlə təmsil olunur. Bakıda Türk Universitetlərinin birinci Universiadası keçirilib.  

Qeyd edim ki, 2018-ci ilin sentyabrında Çolpan Ata şəhərində keçirilmiş Türk Şurasının VI Zirfə görüşünün mövzusu gənclər və idman məsələlərinə həsr olunmuşdur. Qəbul edilmiş bəyannamədə ölkə başçıları bu sahədə görülümüş işləri yüksək qiymətləndirmişlər. Eyni zamanda bu istiqamətdə əməkdaşlığı genişləndirmək üçün Türk Şurası Gənclər Platformasının fəaliyyətə başlaması üçün zəruri addımların atılmasına dair təlimat vermişlər.

Bu gün isə Platformanın ilk Baş Assambleyası keçirildi. Hammımız üçün xeyrli-uğurlu, gəncliyimiz üçün isə faydalı olsun.

Diqqətiniz üçün təşəkkür edirəm.