Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında çıxış edib

Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclası keçirilir.
Goal.az xəbər verir ki, Azərbaycanı bu iclasda gənclər və idman naziri Azad Rəhimov təmsil edir.
Qeyd edək ki, iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
Çıxışı zamanı nazir Azad Rəhimov Türk Şurası ölkələri arasında əməkdaşlığın daha da dərinləşdiyini, növbəti illərdə genişlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli Dövlət Başçılarının 2009-cu ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanda keçirilən Zirvə Toplantısında yaradıldığını diqqətə çatdıran nazir, hər iki xalqı ümumi tarix, mədəniyyət və birgə dəyərlərin birləşdirdiyini qeyd edib.
Çıxış zamanı nazir Türk Şurasının 16 avqust 2013-cü il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Üçüncü Zirvə Toplantısında qəbul edilən qərarına əsasən ölkəmizdə   “Birinci Türk Universiadası” və “Birinci Köçəri Oyunları”nın keçirildiyini xatırlamış və bu oyunların Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət etdiyini bildirilimişdir.
Azad Rəhimov: “Ümid edirik ki, cari ilin sentyabrında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan “İkinci Köçəri Oyunların”ın hazırlığı vaxtında və uğurla başa çatacaq. Azərbaycan bu oyunlarda  böyük heyətlə iştirak edəcək".
Nazir Azad Rəhimov eyni zamanda 2016-cı ildə Gəncənin Avropanın Gənclər paytaxtı seçilməsini nəzərə alaraq Türk dünyası gəncləri  ölkələrinin “Gənclər Festivalı”nın məhz bu şəhərdə keçirilməsi təklifini də irəli sürüb.
Bu və növbəti illərdə Azərbaycanda keçirilə biləcək tədirlərdən danışarkən Azad Rəhimov deyib: “Gənclər Festivalı” ilə yanaşı,  Şuranın protokolunun müxtəlif maddələrində göstərilən “Yay Gənclər Düşərgəsi” və  Gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Gənclər Şurası”nın iclasının da Azərbaycanda keçirilməsini dəstəkləyirik. Həmçinin, Türk Universiadasının iki ildə bir əlifba sırası ilə bir dövlətdə keçirilməsini məqsədəuyğun hesab edirik ki, 2018-ci ildə bu oyunları Azərbaycanda təşkil edə biləcəyimizi qeyd edirəm”.
Eyni zamanda nazir, “Dördüncü İslam Həmrəyliyi Oyunları” çərçivəsində Türk Şurasının Gənclər və İdmandan məsul Nazirlərinin İkinci toplantısının 2017-ci ilin may ayında Azərbaycanda keçirilməsi təklifini də irəli sürüb.