Azərbaycan Elektron İdman Növləri Federasiyası
Federasiyanın vəzifələri: Milli və beynəlxalq eSport yarışmalar təşkil etmək, milli komandaların bu yarışmalara qoşulmasını təmin etmək.
1) Elektron idman növünü əhatə edən faaliyyət istiqamətlərinə daha çox iştirakçıların cəlb olunması;
2) Elektron idman növünün insanların intellektual, fiziki va psixoloji inkişafına şərait yaradan fəaliyyat növü kimi məşhurlaşması;
3) Elektron idman sahəsində mütəxəssislərinin hazırlanması;
4) Elektron idmanının infrastrukturunun genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi;
Federasiyanın tarixi: Azərbaycan Elektron İdman Növləri Federasiyası 25 iyun 2011-ci ildə yaradılıb.
2006-cı ildə Azərbaycan ilk dəfə olaraq WCG-yə üzv olub. Həmin il Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Kompüter Oyunları Assosiasiyasının dəstəyi ilə Azərbaycanın ilk Milli Kompüter Oyunları Çempionatı, həmçinin WCG yarışlarına təsnifat oyunları keçirilib.
Vitse-prezidenti: Oktay Binnət Əli oğlu Qasımzadə
Vitse-prezidenti: Ramil İlyas oğlu Əliyev
Baş katibi: Gulməmməd Elşad oğlu Həsənov