Azərbaycan Basketbol Federasiyası
Azərbaycan Basketbol Federasiyası (ABF) 12.03.1993-cü ildə dövlət qeydiyyatına alınmışdır. 1994-cü ildən Beynəlxalq Basketbol Federasiyasının (FİBA) üzvüdür.
ABF-nın əsas məqsədi Azərbaycanda basketbol idman növünü inkişaf etdirmək və ölkəmizin idman şərəfini ucaltmaqdan ibarətdir. ABF öz fəaliyyətini Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və FİBA ilə qarşılıqlı əlaqədə həyata keçirir.
ABF-nın əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
Basketbol idman növünün Azərbaycanda geniş şəkildə təbliğ edilməsi və populyarlaşdırılması;
Azərbaycanda basketbol idman növünün inkişafı üçün perspektiv proqramların hazırlanması və onların həyata keçirilməsi;
Müxtəlif yaş qrupları üzrə ölkədaxili yarışların təşkili və keçirilməsi;
Yığma komandaların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi;
Azərbaycan basketbolunun beynəlxalq idman təşkilatlarında nüfüzunun artırılması;
Basketbolun inkişafında əldə edilmiş beynəlxalq təcrübənin öyrənilməsi və ölkə daxilində tətbiq edilməsi;
Basketbol sahəsində elmi-tədqiqat və metodik işlərin təşkil edilməsi;
Yüksək ixtisaslı basketbolçuların və mütəxəssislərin hazırlıq sisteminin təkmilləşdirilməsi.
ABF müntəzəm olaraq ölkə çempionatlarını və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışlarını keçirir. Bundan əlavə, ABF son dövrdə FİBA tərəfindən böyük əhəmiyyət verilən 3x3 basketbol idman növü üzrə ölkədaxili yarışların müntəzəm keçirilməsini təmin edir.
ABF ölkəmizdə gənc basketbolçularının yetişdirilməsinə və onların inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə məşqçilər tərəfindən davamlı seleksiya işinin aparılmasını təmin edir.
RƏHBƏRLİK
Prezident – Emin Əmrullayev
Baş katib –